Football - "Qarabağ"ın oyun günü metro gec bağlanacaq

 

Xəbər verdiyimiz kimi, Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq "Qarabağ" - "Tottenhem" (İngiltərə) qarşılaşmasının biletləri satışa çıxıb. Rekord.az xəbər verir ki, noyabrın 26-da, saat 22:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək qarşılaşmanın biletlərini adıçəkilən arenanın kassalarından əldə edə bilərsiniz.


Biletlərin qiymətləri nömrəli sektorlar üzrə 1, 2, 5, 10 AZN üzrə dəyişir. VİP sektor 50 AZN-dir.


"Qarabağ" klubu azarkeşlərdən xahiş edir ki, biletləri sadəcə, kassalardan məhz göstərilmiş qiymətlərlə alasınız. Biletlər məhz kassalarda qeyd olunmuş qiymətlərlə satılır. 


Qeyd edək ki, "Qarabağ" FK Bakı Metropoliten İdarəsinə adıçəkilən qurumun oyun günü  gec bağlanması üçün müraciət edib. Belədə oyun başa çatdıqdan sonra azarkeşlərin metrodan yararlanması mümkün olacaq.


Bugün 1 ziyaretçi (1 klik) kişi burdaydı!
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol